Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda tütünlə mübarizə üzrə V milli konfrans keçirilib (FOTO)

news photo

01.02.2020 14:31 // Gənclər üçün

30 yanvar, 2020- ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının konfrans zalında Tütünlə Mübarizə üzrə V Milli Konfrans keçirilib.

Təşkilatdan Youthportal.az- bildirlib ki, bu konfrans Azərbaycan Respublikasının  Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tibb Universitetinin tərəfdaşlığı ilə “Sağlam Düşüncə” Gənclər təşkilatı tərəfindən icra olunan “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində bağlanış tədbiri kimi təşkil edilib.

Konfrans iştirakçıları “Tütünlə Mübarizə istiqamətində Azərbaycan Tibb Universitetinin Fəaliyyəti” və “Tütünlə Mübarizədə İdman Siyasəti” mövzuları üzrə çıxış ediblər.

“Sağlam Düşüncə” Gənclər Təşkilatının (SDGT) İdarə heyəti üzvü Əminə Abdullayeva çıxışı zamanı iştirakçıları “Tütünsüz Cəmiyyət” layihəsi barədə məlumatlandırıb. İdarə heyətinin digər üzvü Ramiz Əliyev Vətəndaş Cəmiyyətinin tütünlə mübarizədə həyata keçirdiyi tədbirlərdən və “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun gətirdiyi imkanlar və perspektivlər haqqında danışıb.

 

Tədbirdə Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin Sağlamlığı, Əmək Sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva, Nutrisiologiya, Dietologiya və Piylənmənin profilaktikası akademiyasının həkim-dietoloqu Əsmər Kərimli və Respublika Olimpiya Velosiped Məktəbi nümayəndəsi Cavid Allahverdiyev də məruzələrlə çıxış edib.

 

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi