Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Təlimçilər üçün təlim” kursuna start verilib

news photo

16.08.2019 10:47 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim kursuna start verilib.

Youthportal.az xəbər verir ki, 4 regionda - Biləsuvar, Sabirabad, Qazax və Şəmkirdə keçirilmiş dövlət qulluğu üzrə təlim – informasiya sessiyasından xüsusi qiymətləndirmə və kriteriyalara uyğun seçilmiş ən bacarıqlı və bilikli 20 fəal gənc liderin iştirakı ilə Bakı şəhərində “Təlimçilər üçün təlim” (TOT) kursu öz işinə başlayıb.

Avqustun 23-dək davam edəcək TOT kursunun sonunda iştirakçılar sınaq imtahanı verəcək, xüsusi qiymətləndirmə və anket sorğuları dolduracaq və yekunda yerli statuslu təlimçi-ekspert sertifikatına yiyələnməklə, gələcəkdə regionlarda həmkarlarına bu mövzuda təlim aparmaq imkanı qazanacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi