Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

news photo

09.09.2019 18:10 // Təhsil

Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Belarus Dövlət Rabitə Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 4-6-da “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

AzTU-dan Youthportal.az-a bildirilib ki, konfransın məqsədi telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirərək istehsalata tövsiyə etməkdir.

Tədbirdə telekommunikasiyanın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi