Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilib (FOTO)

news photo

02.05.2019 11:47 // Gənclər üçün

Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəsimi ili” çərçivəsində “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

Youthportal.az xəbər verir ki, tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət və hökumət rəsmiləri, deputatlar və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə tələbələr müzikl-tamaşalar nümayiş etdiriblər.

“Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Bu il aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 18 ali təhsil müəssisəsindən 800-ə yaxın tələbə müxtəlif nominasiyalar, musiqi (xalq mahnıları, klassik musiqi, estrada musiqisi, pop musiqisi, muğam, rok) və rəqs (milli rəqslər (kollektiv, solo), müasir rəqslər (kollektiv, solo), dünya xalqlarının rəqsləri) janrlarında istedad və bacarıqlarını nümayiş etdiriblər.

Festival bir sıra gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülən Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana birinciliyi bəxş edən Eldar Qasımov “Tələbə baharı” festivalının qalibi və iştirakçısı olublar.

Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.

“Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı 2011-ci ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi