Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilib (FOTO)

news photo

26.04.2018 07:13 // Gənclər üçün

Aprelin 25-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala konserti olub.

Youthportal xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Bu festivalın qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən “Eurovision” mahnı yarışmasında uğurla təmsil ediblər.

Nazir bildirdi ki, “Tələbə baharı” layihəsi Gənclər və İdman Nazirliyinin ən uğurlu layihələrdən biridir. “Bizim çevik, bilikli, istedadlı tələbə ordusunun gündən-günə sıraları artır, genişlənir. 2007-ci ildən bu günədək üç mindən çox tələbə bu layihədə iştirak edib. Bu layihə gənclər arasında mədəniyyətin təbliği üçün çox yaxşı fürsətdir”, - deyə A.Rəhimov vurğulayıb.

Qeyd edilib ki, festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Gənclər və idman naziri ölkəmizdə Prezident İlham Əliyevin dəstəyi ilə gənclərə yönəlmiş bir sıra layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da çıxışında festivalın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Ş.İsmayılov qeyd edib ki, aprelin 3-6-da festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdiriblər. Bu isə ildən-ilə layihəyə artan marağın sübutudur. Festivalın hər il yeniliklərlə bol olduğunu qeyd edən Ş.İsmayılov tələbələrə uğurlar arzulayıb.

Tədbir tələbələrin müzikl-tamaşaları ilə davam edib.

Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb.

2011-ci İldən etibarən “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi