Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Qızıl buta”nın növbəti mükafatlandırma mərasimi olacaq

news photo

02.12.2019 17:14 // Cəmiyyət

Dünya Azərbaycanlılarının İctimai Maarifləndirmə Mərkəzi (DAİMM) 2019-ci ilin yekunlarına dair “Qızıl buta” mükafatının təqdimat mərasimini keçirəcək.

DAİMM-nin sədri Zaur Mirzəzadə Youthportal.az-a bildirilib ki, ənənəvi olaraq artıq 10 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.

“Builki sorğu dekabrın 2-dən 17-dək keçiriləcək. Sorğu anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİMM-in kordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər “Qızıl buta” mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükafatlandırılacaqlar”, - deyə Z.Mirzəzadə söyləyib.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi