Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək

news photo

11.07.2019 11:12 // İdman

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından Youthportal.az-a bildiriblər ki, yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.

Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.

“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi