Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda nəqliyyat könüllüləri maarifləndirmə aksiyası keçirib (FOTO)

news photo

06.03.2020 10:35 // Cəmiyyət

Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.

Youthportal.az-in məlumatına görə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Nəqliyyat Könüllülərinin iştirakı ilə aksiya keçirilib. Könüllülər mərkəzin ərazisində sərnişinlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.

Məlumat üçün qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarında sərnişinlərin, sürücülərin və digər personalların əllərini dezinfeksiya etməsi üçün zallara xüsusi dərman məhlulları olan qutular qoyulub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi