Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda möhtəşəm “Yeddi gözəl” təqdim ediləcək

news photo

16.10.2019 19:49 // Cəmiyyət

“Gala Opera Baku” “Yeddi gözəl” beynəlxalq layihəsini dekabrın 1-də Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edəcək.

Youthportal.az xəbər verir ki, özünəməxsusluğu ilə seçiləcək konsertdə tanınmış opera ifaçıları Alina Yarova, Lali Xabalova, Anastasiya Çernovolos, Jalə İsmayılova, Yuliya Süleymanova, Yana Məlikəyeva və Aldona Tskua çıxış edəcəklər.

Tanınmış opera ustalarının ifası ilə modanı özündə birləşdirən unikal konsertdə tamaşaçılar tanınmış bəstəkarların ariyalarını, Neapolitan mahnılarını, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini dinləyə biləcəklər. İfa edilən əsərlər simfonik orkestrlə müşayiət ediləcək.

İfaçılar həmçinin səhnədə ifa edərkən öz ecazkar səsləri ilə yanaşı, həmçinin “SultanCouture”dan olan geyimləri, zərgərlik nümunələrini də təqdim edəcəklər. Beynəlxalq layihənin də unikallığı budur.

Konsert beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin dirijorluğu ilə reallaşacaq.

Konsert tanınmış modelyer Orxan Sultanın yaradıcılıq yubileyinə həsr edilib. O, kostyumlar üzrə rəssam, dekorator, eləcə də Rusiya Federasiyasının Dizaynerlər Birliyinin üzvü, Parisdə Rusiyalı Rəssamlar Assosiasiyasının üzvü, eləcə də moda sənayesində beynəlxalq mükafatlar laureatıdır. Həmyerlimizin əl işləri beynəlxalq sərgilərdə, tədbirlərdə nümayiş edilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi