Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda keçirilən beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib

news photo

22.04.2019 17:30 // Təhsil

Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma" (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan "Clarivate Analytics"in saytında (keçmiş "Tomson Reyter" agentliyi) yerləşdirilib.

AMEA-dan Youthportal.az-a bildirilib ki, konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü Bakı Dövlət Universitetinin (BDU), o cümlədən 20-si universitetin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.

Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.

Seçilmiş məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) "Applied and Computational Mathematics" beynəlxalq jurnalında dərc ediləcək.

 

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi