Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda 48 ölkədən idmançılar iştirak edəcəklər

news photo

13.12.2019 13:23 // İdman

Gələn il martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Youthportal.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Yarışda ümumilikdə 321 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə yanvarın əvvəllərində açıqlanacaq.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi