Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda keçiriləcək futvolley üzrə beynəlxalq turnirdə 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək

news photo

30.07.2019 15:45 // İdman

Avqustun 2-dən 4-dək Bakıda futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Ötən ilki turnirlərdən fərqli olaraq bu dəfə yarışda 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək.

Youthportal.az xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarışdan əvvəl komandalar üçün təlim-məşq toplanışı təşkil edilib. Toplanış avqustun 1-dək təşkil olunacaq.

Təlim-məşq toplanışında praktiki məşğələlər “Dalga Lite”da, nəzəri təlimlər isə yenicə təmirdən çıxmış “Piano” otelində keçirilir. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşıblar. Bu məşğələ turnir öncəsi hazırlıq xarakteri daşıyır.

Turnirin finalından sonra idmançılar ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunacaq dənizkənarı konsertdə iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi