Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub

news photo

14.09.2019 15:22 // İdman

Sentyabrın 16-22-dək Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub.

Youthportal.az xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Medalın üzərində Ümumilikdə doqquz dəst medal uğrunda 61 ölkədən 300-dən artıq gimnast mübarizə aparacaq.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi