Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə Avropa çempionatında 23 ölkədən idmançılar yarışacaqlar

news photo

06.03.2019 14:46 // İdman

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Youthportal.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq.

Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Qeyd edək ki, 23 ölkədən gimnastların çıxış edəcəyi çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi