Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda iranlı rəssamın fərdi sərgisi açılacaq

news photo

20.05.2019 14:04 // Cəmiyyət

Mayın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında iranlı rəssam Vədud Müəzzinin fərdi rəsm sərgisi açılacaq.

Muzey Mərkəzindən Youthportal.az-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın realist janrında yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş ediləcək. Sərgidə mənzərələr, natürmortlar həmçinin portretlər və ictimai mövzularda yaratdığı əsərlər nümayiş olunacaq. Rəssamın bu günə qədər təşkil etdiyi sərgilərdən fərqli olaraq bu sərgidə yağlı boya əsərləri ilə yanaşı, akvarel texnikasında yaratdığı qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər də yer alacaq.

Sərgi mayın 26-dək ziyarətçilər üçün açıq qalacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi