Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda ilk dəfə “Puşkin + “Yevgeni Onegin” tamaşası nümayiş olunacaq

news photo

18.10.2019 19:54 // Cəmiyyət

Dekabrın 7-də Heydər Əliyev Sarayında ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi “Puşkin + “Yevgeni Onegin” tamaşası təqdim olunacaq.

Saraydan Youthportal.az-a bildirilib ki, “Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində nümayiş ediləcək monotamaşada Yelena Morozova Puşkinin “Yevgeni Onegin” əsərinin bütün qəhrəmanlarını canlandıraraq hamısının adından danışacaq.

Üslub və texnikaları ustalıqla dəyişərək, o, “rus həyatının ensiklopediyası”nın məğzini dəqiqliklə çatdırır. Qayğısız yuxarı təbəqə qadınlar, vacib generallar, aşiq olmuş Tatyana və baş qəhrəmanın özü qarşımızda sanki həqiqətən canlanırlar: Yelena Morozova, ən yaxşı müasir “oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıq, rahatlıq və ilhamla gəlir. Puşkinin poemasının dəyişkənliyi, onun xəyali oxucu ilə eyni zamanda həm yüngül, həm də ciddi danışıq tərzi, aktrisanın yüksək texniki qabiliyyəti və istedadı hesabına, yeni kəşflər dolu, tamamlanmış teatral süjet kimi formalaşır. Puşkini “yeni qulaqla” eşitmək təəssüratı yaranır.

Xronometrajı 1 saat 15 dəqiqə olan səhnə əsəri rus dilində nümayiş ediləcək.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi