Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

news photo

24.08.2019 11:01 // İdman

Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir.

Youthportal.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən xəbər verir ki, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır:

"2019-ci il bədii gimnastika üzrə dünya çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə dünya çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempionatından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatik gimnastika üzrə dünya çempionatı keçiriləcək".

Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi