Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda İkinci Dünya Müharibəsi zamanı yəhudilərin polyaklar təfindən xilasına dair tədbir keçirilib (FOTO)

news photo

15.03.2018 21:24 // Siyasət

14 mart tarixində Bakıda Beynəlxalq Muğam Mərkəzində "Zegota - Yəhudilərə Yardım Şurası" adlı sərgi və “Heyvanxana baxıcısının qadını” filminin nümayişi keçirildi.

Tədbir İkinci Dünya Müharibəsi zamanı yəhudilərin polyaklar tərəfindən xilasına həsr edilmiş Milli Gün münasibətilə keçirilmişdir.

Polşa Respublikasının Azərbaycandakı səfiri Marek Kalka Holokost dövründə yəhudilərə kömək etmək üçün öz həyatlarını təhlükə altına atan müxtəlif dini inanclara mənsub insanların olmasını qeyd edib : “İkinci Dünya müharibəsi dövründə Polşa işğal edildi, amma bununla belə polyaklar yəhudiləri xilas edərəm öz həyatlarını təhlükəyə atdılar”.

Onun sözlərinə görə, “Heyvanxana baxıcısının qadını” filmi real hadisələrə əsaslanaraq Varşava heyvanxana baxıcısı , aktivist Jan Jabinski və həyat yoldaşı Antoninanın həyatından bəhs edir.Səfir Marek Kalka həmçinin, onların 300 yəhudini xilas etməsinidə qeyd edib.

Film 1939- cu ilin payızında baş vermiş hadisələr və İkinci Dünya Müharibəsinin başlanğıcı ilə başlayır.

Gənc ailənin işlətdiyi zoopark bombalanır, nəticədə isə çoxlu sayda heyvanlar ölür, bəziləri qaçır,bəziləri isə almanlar tərifindən götürülür. Jan və onun həyat yoldaşı orada gizlənmiş, Varşava gettosundan hərəkət edən yəhudiləri gizlətmək üçün zooparkın boş yerlərindən istifadə etməyə qərar verdilər. Antonin və Janın nə isə gizlətməsindən şübhələnən almanlar onları tez- tez yoxlamağa gəlirlər.

Gündəlik risk və təhlükə ilə üzləşən ailənin vəziyyəti çətinləşir.

Filmdən sonra, tədbir iştirakçıları fotosərgiyə də baxıblar. Sərgidə faşistlərin Polşada törətdikləri vəhşilikləri əks etdirən kadrlar təqdim edilib.

Youthportal.az saytına müsahibəsində Bakı Slavyan Universitetinin üçüncü kurs tələbəsi Nərmin Nəbiyeva filmin silinməz təəssürat yaratdığını qeyd etdi: “Film real hadisələrə əsaslanır, bu hadisələr insanları narahat etməyə bilməz . İnanıram ki, filmdə bəhs edilən, o illədə baş verən hadisələr insanlığa bir dərs olar və bir daha təkrarlanmaz” .

Həmin universitetin 3- cü kurs tələbəsi Elvin Həsənli isə filmin narahatlıq doğurmamasının mümkünsüzlüyünü bildirib: “Filmdə göstərilən hadisələr İkinci Dünya müharibəsi zamanından bəhs edir. Yəhudiləri xilas etmək üçün həyatlarını təhlükəyə atan polyaklar böyük heyranlıq yaradırlar”.

Həmin universitetin daha bir tələbəsi, Emin Şirinzadə sərgin və film ilə bağlı təəssüratlarını bölüşdü: “Film faşistlərin yəhudiləri necə məhv etdiyini göstərirdi. Bu qəbuledilməzdir. Film mənə Xocalıda ermənilər tərəfindən dinc azərbaycanlı əhalisinin öldürülməsini xatırlatdı. Gələcəkdə buna bənzər zülmlərin qarşısını almaq üçün tarixi unutmamalıyıq “.

Film və sərgi qonaqlar tərəfindən çox böyük maraqla qarşılandı.

Qeyd edək ki, tədbir Polşanın Azərbaycandakı səfirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkil olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi