Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçiriləcək

news photo

12.11.2019 14:31 // Cəmiyyət

Noyabrın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçiriləcək.

Milli Onkologiya Mərkəzindən Youthportal.az-a bildiriblər ki, tədbirdə Azərbaycan ilə yanaşı Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər, uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu məsələləri müzakirə ediləcək.

Simpozium Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 16 kredit vahidi verilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Simpoziumda qeydiyyat ixtisas üzrə aparılır: onkoloq, uroloq və radioloqlar iştirak edə bilər. Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə etmək olar: http://mom.gov.az/?smode=register&item=667&lang=az.

Simpozium Holiday İNN otelində saat 09:00 başlayacaq. Tədbirdə iştirak pulsuzdur.

Ətraflı məlumat üçün: mob: +994554955569; e-mail: internationalnoc@gmail.com.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi