Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək

news photo

22.07.2019 14:21 // Cəmiyyət

Sentyabrın 12-14-də Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən Youthportal.az-a bildirilib ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Qeyd edək ki, “Adprint 2019” sərgisi reklam sənayesi sahəsində ölkədə və regionda yerli və xarici mütəxəssisləri bir araya gətirən yeganə beynəlxalq sərgidir. Reklam xidmətlərinin sifarişçilərinin reklam agentlikləri, tipoqrafiyalar, istehsalçı və distribüterlər ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.

Üç gün ərzində sərgiyə 3 minədək ziyarətçinin qatılacağı gözlənilir. Onların arasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar.

Sərgidə vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, hər növ çap avadanlıqlar və ləvazimatları, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketləri, irimiqyaslı tədbirlərin açar tərtibatı və sair nümayiş olunacaq.

Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://adprint.az/az-content/54.html

Sərgi çərçivəsində müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, dəfilələrdən ibarət olan geniş işgüzar və əyləncə proqramlar keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi