Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başlayıb - CANLI YAYIM - VİDEO - FOTO

news photo

28.06.2015 22:15 // Bakı-2015

Mərasimin "transformasiya" adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birlərinin ritm və enerjisinə cavab verirlər.

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.

Youthportal.az-ın məlumatına görə, mərasim Bakı Olimpiya Stadionunda keçirilir.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və digər rəsmi şəxslər iştirak edirlər.

İyunun 12-də başlayan Bakı-2015 Avropa Oyunları bu axşam başa çatıb. Oyunlar çərçivəsində idmanın 20 növü üzrə yarışlar keçirilib: 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündə. Yarışlarda 6 min idmançı iştirak edib.

X X X

Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.

21:06

Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və qaldırılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 22 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.

21:03

Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

Yaradıcı heyət "Oyanış" adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.

21:00

Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.

20:55

Mərasimin başlanmasına bir neçə dəqiqə qalır.

Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edir: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirir. Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

20:50

Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də öz orijinallığı, genişliyi ilə diqqəti çəkir. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılır. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb. Bir sözlə, təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu vəd edirlər.

20:43

Stadionda hamı öz yerini tutub: mərasimin təşkilatçıları və iştirakçıları da, idmançılar və tamaşaçılar da. Sonuncuların simasından, əhval-ruhiyyəsindən belə məlum olur ki, 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı onların ürəyincə olub. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. İdman həvəskarlarını, Bakı sakinlərini bağlanış mərasiminə çəkib gətirən əsas amillərdən biri də budur: qələbədən doğan sevinc və iftixar hissləri. Bu hissləri stadiona toplaşan on minlərlə insanın hər birinin simasından oxumaq olar.

On yeddi gündür ki, dünya idman ictimaiyyətinin gözü Azərbaycandadır. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək qonaqpərvərlik, təşkilatçılıq minlərlə idmançını, qonaqları riqqətə gətirdi.

Möhtəşəm idman bayramı artıq sona yetmək üzrədir. Təxminən 30 dəqiqədən sonra "Bakı-2015"-in təntənəli bağlanış mərasimi keçiriləcək və Oyunların məşəli söndürüləcək. Bununla əlaqədar Bakı Olimpiya Stadionundan onlayn reportajımıza başlayırıq.

Birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu bağlanış mərasiminə tam hazırdır. Stadiondakı yerlərin hamısı tutulub. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verir. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, "Bakı-2015" gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. "Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi" - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi