Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq

news photo

10.01.2019 16:50 // Cəmiyyət

Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində yanvarın 23-25-də “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq.

Dövlət Komitəsindən Youthportal.az-a bildiriblər ki, təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq. Yanvarın 25-də təşkil olunacaq təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.

Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.

İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 2019–cu il 19 yanvar tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb komiteinfo@gmail.com və fieldbaku@coe.int elektron ünvanlarına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsi ilə (012) 49

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi