Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” mövzusunda konfrans keçiriləcək

news photo

13.05.2019 15:26 // Gənclər üçün

Mayın 18-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” mövzusunda konfrans keçiriləcək.

NAYORA-dan Youthportal.az-a bildiriblər ki, BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək. Layihə çərçivəsində Balakən, Gəncə, Mingəçevir, Şəmkir və Şirvan Gənclər evlərində təlimlər təşkil olunacaq.

Konfransın məqsədi gənclərin DİM haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliği, həyata keçirilmiş sorğunun nəticələrinin təqdimatıdır.

Layihənin tərəfdaşları Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi