Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda gənc rəssamların əsərləri sərgilənəcək

news photo

30.04.2018 14:48 // Gənclər üçün

Mayın 1-də “Arts Council Azerbaijan”ın təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılacaq.

Youthportal xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşacaq.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqə-sərginin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq janrında olan əsərləri nümayiş ediləcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi