Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Gənc Parlamentarilərin V Qlobal Konfransı keçirilir

news photo

14.12.2018 10:17 // Siyasət

Bakıda Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransı keçirilir.

Youthportal.az xəbər verir ki, Milli Məclisdə təşkil edilən konfransda Azərbaycan parlamentinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Parlamentlərarası İttifaqın Gənclər forumunun sədri Mourine Osoru və digər xarici qonaqlar iştirak edirlər.

Konfransda bildirilib ki, dünyada 30 yaşından cavan deputatların sayı son 2 ildə 1.9 faizdən, 2.2 faizə qədər artıb. Bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir. Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, sonra isə sırada ABŞ-dır.

Dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur. 40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi