Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Formula 2 yarışlarına start verilib

news photo

26.04.2019 12:09 // Formula 1

Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

Youthportal.az xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Xatırladaq ki, ötən il aprelin 27-29-da Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Dams” komandasının pilotu Aleksander Albon, ikinci yarışında isə “ART Grand Prix” komandasının pilotu Corc Russel qələbə qazanmışdı.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi