Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçirilib

news photo

26.04.2019 12:51 // Formula 1

Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçirilib.

Youthportal.az xəbər verir ki, sessiya Dənizkənarı Milli Parkda fan-zonada baş tutub.

İlk sessiyada “Red Bull Racing”, “Ferrari” və “Renault” komandalarının pilotları azarkeşlərlə görüşüb və avtoqraf veriblər.

Növbəti avtoqraf sessiyalar aprelin 27-si və 28-də baş tutacaq. Aprelin 27-də “Racing Point”, “Alfa Romeo” və “Mercedes”, aprelin 28-də isə “Williams, “McLaren”, “Haas F1” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyaları keçirəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi