Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1905-2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb

news photo

27.03.2018 12:24 // Siyasət

Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1905-2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Youthportal xəbər verir ki, tədbir BBMM tərəfindən “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov konfransı açaraq erməni terrorizmi və onun ağır fəsadlarından danışıb.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov erməni terrorizminin təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaratdığını deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb.

Konfrans panel müzakirələrlə davam edir.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi