Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçiriləcək

news photo

06.08.2019 18:07 // Cəmiyyət

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehriban və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirir.

Avqustun 7-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçiriləcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul əməkdaşı, Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının təmsilçiləri, dini icma sədrləri, din xadimləri, dinşünas alimlər, ilahiyyatçılar və gənclər iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi