Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum keçirilib

news photo

04.11.2018 11:32 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan “Dayanaqlı İnkişaf Məqsədləri üzrə I tələbələrarası forum” layihəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə reallaşıb.

ATGTİ-dan Youthportal.az-a bildiriblər ki, forumda Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərov çıxış edərək qonaqları və tələbələri salamlayıb, tədbirə ev sahibliyi etdiklərindən məmnunluğunu ifadə edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf proqramının əməkdaşı Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin gələcək nəsillərin bugünkü ehtiyaclarının qarşılanmasına imkan verən üç təməl elementinin bir-biri ilə uzlaşdırılmasından danışıb.

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı DST-nin ölkəmizdəki fəaliyyətindən bəhs edib. O, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədiylə mövcud və böhran zamanı yaranan səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməyin mahiyyətini vurğulayıb.

Forumda ekspert kimi iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri Oqtay Əliyev dayanıqlı inkişafın insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaqla birgə razılaşdırılmış səylər göstərməyə çağırdığını bildirib. Həmçinin Akademiyanın bu sahədə bir çox səylərə imza atdığını da qeyd edib.

Qərbi Kaspi Universitetinin əməkdaşı Samir Həmidov çıxışında qarşıdakı on iki il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklərini söyləyib.

ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ekspertlərə və ev sahibliyi etdiyi üçün Vazeh Əsgərova təşəkkürünü bildirib.

Sonda Forum iştirakçılarının sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi