Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda daha bir qlobal forum keçiriləcək

news photo

04.04.2018 13:12 // Siyasət

Bu gün Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumunun keçirilməsi ilə bağlı memorandum imzalanıb.

İmzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti Devid Evangelista, Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. O, bu gün yeni tarix yazacqlarını söyləyib: "Qürurla 24 - 28 sentyabr 2018-ci il tarixində Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin qlobal Forumunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümaynəndəsi bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək".

D.Evangelsita çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyib: "İlk növbədə prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini və bütün dünyada məktəb divarları arasında, eləcə də xaricində inklyuzivliyi təşviq etmək üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq".

Daha sonra A.Rəhimov və D.Evangelista arasında memorandum imzalanıb.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi