Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək

news photo

22.04.2019 16:49 // İdman

Mayın 2-6-da Bakı İdman Sarayında budo döyüş növləri üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək.

Federasiyadan Youthportal.az-a bildiriblər ki, turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanistan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edəcək. Yarışlarda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

Yarışın açılış mərasimi mayın 4-də saat 15:00-da başlayacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi