Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçiriləcək

news photo

26.11.2019 11:30 // Cəmiyyət

30 noyabr - 1 dekabr tarixlərində “Park Bulvar”da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fiziki imkanları məhdud şəxslərin əl işlərinin satış-sərgisi keçiriləcək.

Bu barədə Youthportal.az-a KOBİA-dan bildirilib. 

3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunacaq.

Qeyd edək ki, KOBİA əlillər və sosial həssas qrupa aid insanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir, onların hazırladığı əl işlərinin nümayiş olunmasına və satışına dəstək üçün müxtəlif sərgilərdə, həmçinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarlarda iştirakına dəstək göstərir. 

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi