Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda beynəlxalq badminton turniri keçiriləcək

news photo

08.02.2019 16:05 // İdman

Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.

Azərbaycan Badminton Federasiyasından Youthportal.az-a verilən məlumata görə, bu mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb. Beynəlxalq Badminton Federasiyasının builki təqvim planına daxil olan “Azerbaijan International 2019” turniri iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək.

Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir. Doğrudur, badminton üç il əvvəl ölkəmizin təşkilatçılığı ilə reallaşan birinci Avropa Oyunlarının proqramına daxil idi. Ancaq bu, ilk böyük müstəqil turnir olacaq.

Azərbaycan təkcə idman nailiyyətləri ilə deyil, həm mötəbər yarışları yüksək səviyyədə təşkil etməsi ilə dünyada tanınır. Bu baxımdan peşəkar badmintonçuların mübarizə aparacaqları “Azerbaijan International 2019” turnirinin də yüksək səviyyədə keçiriləcəyi şübhə doğurmur.

Badmintonçularımızın son beynəlxalq turnirlərdə qalib olması bu idman növünə marağı bir qədər də artırıb. Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonin Minskdə keçirilən, “International Challenge” kateqoriyalı “Belarus International 2018” turnirində həm şəxsi, həm də qoşa yarışlarda birinci olması Azərbaycan badmintonunun tarixində mühüm hadisədir. Ümumiyyətlə, son illər milli komandanın üzvləri Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Murad Bayramov mütəmadi olaraq, Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan müxtəlif kateqoriyalı yarışlarda iştirak edirlər. Yeniyetmə və gənc badmintonçularımız Vaqif İsmayılov, Adəm Əliyev, Rəvan Niftəliyev, Aqil Qəbilov, Zaur İsazadə davamlı olaraq, müxtəlif beynəlxalq turnirlərə ezam edilir. Olimpiadaya lisenziya qazandıran “Azerbaijan International 2019” yarışı ölkəmizdə badmintonun daha da kütləviləşməsinə mühüm töhfə verəcək.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi