Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb

news photo

21.11.2018 16:03 // Gənclər üçün

Noyabrın 21-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb.

Youthportal.az xəbər verir ki, Forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və ötən il sentyabrın 21-də Aktauda keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunub.

Forumun keçirilməsində məqsəd ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması üçün şəraitin yaradılmasıdır.

Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev iki ölkə arasında çoxəsrlik tarixə malik əlaqələrimizin bu gün bütün sahələrdə uğurla davam etdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin ümummilli lider Heydər Əliyevin və Nursultan Nazarbayevin misilsiz xidmətləri sayəsində hazırkı yüksək səviyyəyə çatdığını vurğulayan nazir müavini bu gün ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini deyib. Əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində də yüksək səviyyəyə çatdırılmasının zəruriliyini vurğulayan nazir müavini deyib: “Parlaq gələcəyimizin təminatçısı olan gənclərin ictimai, siyasi, elm və digər sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində geniş fəaliyyəti üçün imkanlar yaratmaq çox vacibdir. Son illər bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində çoxsaylı tədbirlər keçirilir. Dost və qardaş ölkələrimizin gənclər sahəsində sıx əməkdaşlığı getdikcə intensivləşir”.

Qazaxıstanın gənclər və idman nazirinin müavini Julduz Omarbekova bildirib ki, Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlər bəxş edən diyardır. Azərbaycan Qazaxıstan üçün təkcə strateji tərəfdaş deyil, həm də qardaş ölkədir. Bu baxımdan Azərbaycan-Qazaxıstan Gənclərinin Forumunun mühüm əhəmiyyət daşıdığını bildirən Julduz Omarbekova bu sahədə bir sıra tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra tədbir işini sessiyalarla davam etdirib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi