Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda atəşfəşanlıq olacaq

news photo

24.12.2018 15:13 // Cəmiyyət

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bu barədə Youthportal.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bayram şənlikləri münasibəti ilə Azadlıq meydanında şəhərimizin ən iri yolkası quraşdırılıb. Eyni zamanda Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi