Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda Ağdam rayonu üzrə köçkün məktəbində təhsil alan məktəblilər üçün İKT dərnəklərinin təşkilinə start verildi (FOTO)

news photo

22.10.2019 12:42 // Gənclər üçün

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə qalib olmuş Ağdam rayon 38 saylı tam orta məktəbinin “Məktəblilər üçün İKT dərnəkləri” layihəsinə start verilmişdir.

Youthportal.az xəbər verir ki, layihənin ilk tədbiri 34 saylı köçkün tam orta məktəbində həyata keçilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Günel Vəliyeva açmışdır. O qeyd etmişdir ki, bu kimi layihələr müəllimlərin öz ideylarını reallaşdırmağa və şagirdlərin inkişafına müsbət təsir edir. Daha sonra layihə rəhbəri Məhparə Kazımova çıxış edərək layihəni açıq elan etmişdir. Donor və layihə haqqında məlumat verərək, layihədə məktəblilərə Java, C+, C+++, Oracle və Sun microsystems firması, operatorlar haqqinda, metodlar, massivlər, polimorfizm, JVM və kitabxanalar və s. bu kimi yeni biliklərin qazanılmasına dəstək olacağını bildirmişdir.

Layihədə ekspert olaraq çıxış edən Rafət Şirəliyev seçilmiş iştirakçılara uğurlar arzulamışdır. Ölkəmizdə İKT sahəsinin inkişafı və bu sahədə yeniliklər haqqında qısa məlumat vermişdir. Daha sonra layihənin təlimçiləri Peyman Nəhmətov və Toğrul Nəbiyev öz təcrübələrini məktəblilərlə bölüşmüş, onlara yuxarıda qeyd edilən mövzularda təlimlər keçmişdir. Bundan başqa layihənin daha səmərəli olması üçün məktəblilər kompüterlərdə kiçik proqramlaşdırma dillərinin yazılması, hesablanması və s. kimi əməliyyatlar icra etmişdir Qeyd üçün bildirək ki, layihə Ağdam rayonuna aid 10 köçkün məktəbində icra olunacaqdır. Bunlar 34 saylı, 35 saylı, 36 saylı, 37 saylı, 38 saylı, 39 saylı, 71 saylı, 73 saylı, 76 saylı və 96 saylı köçkün  tam orta məktəbləridir. 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi