Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “ADA – Avropa Birliyi 2019” yay məktəbi fəaliyyətə başlayıb (FOTO)

news photo

08.07.2019 18:10 // Cəmiyyət

İyulun 8-də ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2019” adlı 4-cü yay məktəbi fəaliyyətə başlayıb.

"Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə Əlaqələr sektorundan Youthportal.az-a bildirilib ki, dörd həftə davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, müxtəlif mövzularda mühazirələr oxunacaq.

İştirakçılar təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizə prosesini əyani şəkildə izləyəcəklər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi