Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda “ADA – Avropa Birliyi 2018” yay məktəbi fəaliyyətə başlayıb (FOTO)

news photo

09.07.2018 13:27 // Gənclər üçün

İyulun 9-da ADA universitetində  “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

İdarədən Youthortal.az-a bildirilib ki, bir ay davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, “ADR 100 – şərqdən qərbə”, “İnformasiya texnologiyaları üzrə mütəxəssislər”, “Ən yaxşı kiçik bankçı”, “Ətraf mühitin qorunması” mövzularında mühazirələr keçiriləcək.

Təlim iştirakçıları təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi