Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı-2015 yeni Veloparkda BMX sınaq yarışını uğurla həyata keçirdi (FOTO)

news photo

29.04.2015 18:15 // İdman

Ayın əvvəlində boks və güləş üzrə “Bakı hazırlaşır” adlı proqramın yarışlarının uğurunun ardınca ötən həftə sonu Bakı-2015 Avropa Oyunları BMX Veloparkında sınaq yarışları həyata keçirtdi.

Youthportal.az-ın məlumatına görə, sınaq yarışları Azərbaycan Velosiped İdmanı Federasiyasının təchizat və nəqliyyat dəstəyi, Bakı-2015-in rəsmi dəstəkçisi "Red Bull" ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirildi.

BMX Veloparkı, xüsusi olaraq, Bakı-2015 Avropa Oyunları üçün tikilmiş daimi idman arenasıdır və növbəti illərdə BMX yolu ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyası üçün Oyunlardan qalan mirasın bir hissəsini təşkil edəcək. Bakı şəhərinin mərkəzinə yaxın yerləşən Velopark Qərb qrupuna daxildir və 1000 nəfərlik tamaşaçı tutumuna malikdir.

Bakı-2015-in idman üzrə direktoru Pirs O`Kallaqan bildirib: “Bu sınaq yarışı hazırlıqlarımızın yekunlaşdırılması üçün çox vacib idi. Böyük sınaq yarışlarının keçirilməsinin vacib hesab olunduğu Olimpiya Oyunlarından fərqli olaraq, biz artıq keçirdiyimiz altı əsas sınaq yarışlarına yekun vurmaqla kiçik ölçülü sınaq yarışları vasitəsilə hazırlılıq səviyyəmizi yoxladıq. Bu bizə diqqətimizi yarışlar üzərində cəmləməklə ayrı-ayrı idman növləri üzrə resurslardan ən səmərəli şəkildə istifadə edərək sınaq yarışları keçirtməyin vacibliyini xatırlatdı. Ilk Avropa Oyunlarının təşkilatçısı olmaq gözəl hissdir və biz, uyğun hesab etdiyimiz qaydada yeniliklər etməkdə sərbəstik. Hazırlıqlarımız üçün düzgün balansı yaratdığımıza və gələcək ev sahibi ölkələr üçün etibarlı model yaratdığımıza inanırıq”.

Bakı-2015-də BMX Velosiped sürmə yarışlarında BMX Veloparkın xarici yolunda 32 kişi və 16 qadın iştirak edəcək. Qadın və kişilərin Rio-2016 Yay Olimpiya Oyunlarına reytinq balı təklif edən final yarışları 28 iyunda baş tutacaq.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi