Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bakı-2015” Əməliyyat Komitəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına təşəkkürnamə təqdim edib

news photo

02.07.2015 11:39 // Bakı-2015

Birinci Avropa Oyunlarının təbliğində və bu mötəbər yarışa könüllülərin cəlb olunmasında göstərdiyi fəallığa görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) təşəkkürnaməsi ilə təltif olunub.

ATGTİ-dən Youthportal-a bildiriblər ki, təşəkkürnamə BEGOC-un mərasimlər şöbəsinin direktoru Katerin Uqvu tərəfindən ATGTİ-nin sədri Şahin İsmayilova təqdim edilib.

Təşəkkürnamədə ATGTİ əməkdaşlarının doqquz ay müddətində Oyunlarının təşkilində, açılış və bağlanış mərasimlərinin uğurla keçməsində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib. Həmçinin ATGTİ-nin Oyunların bir parçası olmasından qürur hissi duyulduğu qeyd edilib.

Xatırladaq ki, ATGTİ-nin tələbələr arasında keçirdiyi sorğunun nəticəsində Oyunlar üçün böyük könüllü kütləsinin toplanması mümkün olmuşdu. BEGOC ilə ATGTİ arasında əməkdaşlıq çərçivəsində kütləvi tədbirlərdən biri kimi Heydər Əliyev Mərkəzinin önündə fləşmob keçirilmişdi. Fləşmobda altı mindən çox tələbə-gənc “Bakı-2015”in loqosu və Azərbaycan bayrağının təsvirini yaratmışdı. Oyunların təbliği məqsədilə, həmçinin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təqdimatlar təşkil edilib və tələbə gənclər təşkilatları təhsil müəssisələrində “Bakı-2015” ilə bağlı yaradılmış komitələrin işinə fəal şəkildə cəlb olunub. ATGTİ, eyni zamanda, açılış və bağlanış mərasimlərinə cəlb edilmiş könüllülərlə işin aparılmasına da öz töhfəsini verib.

Tədbirdə, həmçinin qeyd olunub ki, Oyunların təşkilində iştirak edən hər bir könüllüyə ATGTİ və BEGOC tərəfindən hazırlanmış “Könüllülük pasportu” təqdim ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi