Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb

news photo

29.01.2020 17:30 // Cəmiyyət

Bakı Uşaq Teatr bundan sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirəcək.

Bakı şəhəri Mədəniyyət Baş İdarəsindən Youthportal.az-a bildirilib ki, teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Mədəniyyət Nazirliyi tərəfindən verilib və hazırda bu işlərə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə gerçəkləşib.

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltanın sözlərinə görə, teatrın adının dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır: “Belə ki, teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə bütün yaşlarda maariflənməyə ehtiyacı var. Teatrın repertuarında indiyə qədər də ən müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, onların dünyagörüşünün inkişafına, gənc nəslin vətəndaş kimi formalaşmasına, dünyada baş verən proseslərlə ayaqlaşmasına xidmət edəcək”.

Xatırladaq ki, Bakı Uşaq Teatrı 2002-ci ildən fəaliyyət göstərir. Hazırda 18-ci mövsümünü yaşayan teatr indiyə qədər uşaqlar və böyüklər üçün 100-dən artıq tamaşa hazırlayıb. Azərbaycanda və ölkənin hüdudlarından kənarda ən müxtəlif festivallarda, teatrla bağlı konfranslarda və tədbirlərdə iştirak edib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi