Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

news photo

16.01.2019 12:42 // Təhsil

Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Youthportal.az xəbər verir ki, KİV nümayəndələri və müxtəlif media qurumlarının rəhbərləri əvvəlcə universitetin rektoru, professor Nurlana Əliyeva ilə görüşüblər.

Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Bildirib ki, imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüşlər keçirib, onlara öz tövsiyələrini verib. Tələbələrə imtahanlarda biliyin yeganə meyar olduğu izah edilib. Nurlana Əliyeva imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib.

Rektor BSU-da 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam etdiyini söyləyib. Diqqətə çatdırıb ki, ali məktəbdə artıq 357 imtahan təşkil olunub. Hazırda universitetin əsas və ikinci tədris binasında ümumilikdə 44 auditoriyada imtahan keçirilir. İmtahanların 33-ü əsas, 11-i isə ikinci tədris binasında aparılır. İmtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunur. Saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala bilir, imtahan qərargahı ilə birbaşa əlaqə yaradırlar.

Diqqətə çatdırılıb ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb. İmtahan sessiyası dövründə BSU-da tələbələr üçün bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb.

Rəhbərlik etdiyi ali məktəbin keçdiyi yoldan, tədris prosesindən və beynəlxalq əlaqələrindən söz açan Nurlana Əliyeva BSU-nun Rusiyanın 28 universiteti ilə əməkdaşlıq müqaviləsi bağladığını, birgə konfranslar, seminarlar keçirdiyini, tələbə-müəllim mübadiləsi apardığını deyib. Eyni zamanda, qonşu ölkənin bir çox ali təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonra KİV nümayəndələri imtahanların gedişini izləyib, BSU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Qonaqlar operativ qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə məlumatlandırılıblar.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.

Qeyd edilib ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə bütün şərait yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi