Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Slavyan Universitetində keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri yekunlaşıb

news photo

18.11.2019 13:24 // Təhsil

Noyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

BSU-dan Youthportal.az-a bildirilib ki, rektor Nurlana Əliyevanın rəhbərliyi ilə keçiriləcək hazırlıq işləri tam başa çatıb. Konfransın işi “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələri üzrə aparılacaq.

Konfransa 300-dən çox tezis daxil olub. Tezislər Təşkilat Komitəsi tərəfindən araşdırılıb və 208 tezis qəbul olunub. Bu tezislərdən 27-si doktorantura səviyyəsinə, 23-ü magistratura səviyyəsinə, 158-i isə bakalavriat səviyyəsinə aiddir. Çexiya, Rusiya, Türkmənistan, Çin və digər ölkələrdən doktorant, magistrant və bakalavrların tezisləri qəbul olunub. Ümumilikdə 25 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından məruzəçilərin tezisləri qəbul edilib.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi