Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəblər arasında respublika çempionatı ilə bağlı görüş keçirilib

news photo

11.01.2019 18:08 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəblər arasında respublika çempionatında qalib gəlmiş ümumtəhsil müəssisələrinin direktorları və fiziki-tərbiyə müəllimləri ilə görüş keçirilib.

BŞTİ-dən Youthportal.az-a bildiriblər ki, Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva çempionatda qalib gəlmiş məktəblərin pedaqoji kollektivlərini və şagirdlərini təbrik edib, yarışın növbəti mərhələsində də onlara böyük nailiyyətlər qazanmağı arzulayıb. Ölkəmizdə məktəblilərin idmana kütləvi cəlb olunmasının əhəmiyyətini vurğulayan müdir müavini təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə edilməsində təhsilalanların sağlamlığının vacibliyini diqqətə çatdırıb.

Sonra məktəb direktorlarının, fiziki tərbiyə müəllimlərinin çempionatla bağlı fikirləri dinlənilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, idmana olan maraqlarının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda şahmat, atletika, voleybol və basketbol idman növləri üzrə bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin II-XI sinif şagirdləri iştirak ediblər.

Martın 1-2-də voleybol, martın 3-4-də basketbol, mayın 1-2-də atletika, mayın 3-9-da isə şahmat üzrə yarışların final mərhələsi keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi