Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev-muzeyində olub

news photo

07.02.2019 10:30 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabeliyindəki qurumların əməkdaşları dünya şöhrətli bəstəkar, Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində olublar.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, qonaqlara ev-muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib və ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yazıb.

Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin və tanınmış rusiyalı bəstəkar Dmitri Şostakoviçin tələbəsi olub. Milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açıb.

Sonra ziyarətçilər muzeyin ekspozisiyasında bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar.

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi