Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Mühəndislik Universitetinin tələbəsi Londonda 54 ölkənin nümayəndəsi ilə yarışacaq

news photo

03.05.2019 15:17 // Təhsil

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” fəaliyyətini uğurla davam etdirir.

Youthportal.az xəbər verir ki, bir çox natiqlik yarışması və maarifləndirici layihələr reallaşdıran platformanın təşkilatçılığı ilə gənc natiqlər konfransı keçirilib. Konfransda 10 natiqin “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olunub.

Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı birinci yerə layiq görülüb və final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıb. O, mayın 13-17-də Londonda 54 ölkənin nümayəndəsi ilə yarışaraq, dünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi