Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Mühəndislik Universitetinin birincisi Bakı Ali Neft Məktəbini seçdi

news photo

02.10.2017 18:49 // Cəmiyyət

<p>Bu tədris ilində Bakı Ali Neft Məktəbində (BANM) magistratura pilləsi açılıb. Belə ki, bu ali məktəbin ilk magistrləri adına 17 nəfər layiq görülüb. Onların 14-ü BANM-in, üçü isə Bakı Mühəndislik Universitetinin (BMU) məzunudur. Magistratura səviyyəsinə qəbul olunanlardan altısı neft-qaz mühəndisliyi, 11-i isə kimya mühəndisliyi ixtisasları üzrə təhsil alır.</p>

<p>BANM-nin İctimayətlə Əlaqələr Deportamentindən Youthportal.az-a bildirilib ki, bu ali məktəbin ilk magistrlərindən biri ötən tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasını ən yüksək balla bitirmiş Aytən Məmmədlidir. BANM haqqında ilk təəssüratlarını bölüşən A.Məmmədli deyib: “BANM-də artıq iki həftədir ki, təhsil alıram. Əvvəlcə elə düşünürdüm ki, bu ali məktəbə uyğunlaşmaq çətin olacaq. Lakin başda rektor Elmar Qasımov olmaqla, müəllimlərin tələbələrə qarşı mehriban və səmimi münasibəti sayəsində artıq buranı da doğma universitetim kimi görürəm. BANM-də tələbələrin yüksək təhsil almaları üçün hər cür şərait yaradılıb. Ali məktəb qısa vaxtda böyük nailiyyətlər qazanıb”.</p>

Digər xəbərlər

Xəbər lenti

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi