Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Mühəndislik Universitetində imtahan sessiyasının gedişinə nəzarət etmək üçün qərargah yaradılıb

news photo

06.01.2019 13:00 // Təhsil

Bakı Mühəndislik Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Universitetdən Youthportal.az-a bildiriblər ki, sessiya fevralın 2-dək davam edəcək. İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Bütün imtahanların nəticələri günün sonunda universitetin tələbə məlumat sisteminə yerləşdirilir.

Qeyd edək ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması, sessiyanın gedişinə nəzarət, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah və “Qaynar xətt” yaradılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi