Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

news photo

14.03.2019 13:52 // Cəmiyyət

Bakı metrosu Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Youthportal.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, martın 20-si və 21-də stansiyalara əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək: "İlk növbədə ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Əgər həmin günlərdə stansiyalarda sərnişin sıxlığı olarsa, həmin qatarlar xəttə buraxılacaq. Bununla yanaşı, bütün stansiyalarda növbəli iş rejimi davam etdiriləcək. Şəhər mərkəzində keçirilən bütün tədbirləri nəzərə alaraq bütün stansiyalar hazır vəziyyətdə olacaq".

B.Məmmədov bildirib ki, bayram günlərində stansiyaların iş qrafikində dəyişiklik edilməyəcək: "Yəni bütün stansiyalar səhər saat 06:00-dan gecə saat 00:00-dək işləyəcək. Çünki Novruz bayramında şəhərdə gecə saatlarında tədbir olmadığından stansiyaların əlavə iş saatında işləməsinə də ehtiyac yoxdur. Amma sərnişin sıxlığı olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq və bu da qatarların hərəkət qrafikində dəyişikliklə nəticələnə bilər".

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi